ABŞ-da ev şəraitində istifadəsi mümkün olan ilk koronavirus testinin tətbiqinə icazə verilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, xəstələrin sərbəst şəkildə virusa yoluxub-yoluxmadığını müəyyən edə biləcəyi bu testi 14 yaşından yuxarı olan hər kəs istifadə edə bilər.
Bu koronavirus testinin nəticələri də real vaxt ərzində ev şəraitində bilinəcək.