Ermənistan mətbuatında baş nazir Nikol Paşinyanın hökumətin tərkibində 80 faizə yaxın yeniləmələr edəcəyi xəbərləri yayılıb.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzetində geniş material dərc olunub. Qəzet hakimiyyət daxilindəki mənbənin bu barədə etibarlı informasiyalar ötürdüyünü yazıb.

Mənbənin sözlərinə görə, Ermənistanın əmək və sosial məsələlər naziri Zarui Batoyan, elm, təhsil, mədəniyyət və idman naziri Araik Harotyan, səhiyyə naziri Arsen Torosyan, iqtisadiyyat naziri Tiqran Xaçaturyan, müdafiə naziri David Tonoyan və onun müavini də işdən çıxarılacaq nazirlər siyahısındadır.

Qeyd edək ki, bu vaxta kimi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan və onun müavini Şavarş Koçaryan, eləcə də fövqəladə hallar naziri Feliks Çolakyan və qurumun sözçüsü Anna Badasaryan, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovanisyan artıq istefa verib.