Ermənistanda hakim "Mənim addımım" blokunun üzvü olan bir sıra deputatlar hökumətdən mühafizəçi ayrılmasını tələb edirlər.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, iqtidar fraksiyasının deputatları Paşinyanın 10 noyabrda Qarabağla bağlı üçtərəfli bəyanata imza atandan sonra təhlükəsizlik problemləri yaşadıqlarını söyləyiblər.

Hakimiyyətdən mühafizəçi tələb edən deputatlar xidməti avtomobillərindən, iş telefonlarından imtina edib, tanınmayan şəxsi avtomobillərdən və yeni mobil nömrələrdən istifadə etməyə başlayıblar.