Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan müalicəsi ilə bağlı ölkə xaricinə aparılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, səhhətində problemlər yarandığına görə indiyə qədər Ermənistanda "Nairi" tibb mərkəzində müalicə alan R.Sarkisyanın vəziyyəti kəskinləşib. Həkimlər onun xaricə aparılmasını tövsiyə edib.

Hazırda Rita Sarkisyanın vəziyyətinin olduqca ağır olduğu deyilir.