Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ermənistanda baş verən prosesləri şərh edib.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran XİN başçısının müavini Ermənistandakı etirazların Dağlıq Qarabağ məsələsi ətrafındakı vəziyyəti gərginləşdirməyəcəyini hesab edir.

Andrey Rudenko həmçinin qeyd edib ki, bu proseslər imzalanan bəyanatın bəndlərinin yerinə yetirilməsinə təhdid törətməyəcək.