Ermənistanda müxalifət partiyalarının təmsilçiləri yenidən istintaqa çağırılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, sözügedən istintaq Paşinyana sui-qəsd hazırlanması ilə bağlı açılmış cinayət işi ilə əlaqədardır. 

Yenidən istintaqa çağrılanlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, hazırda müxalif Vətən Partiyasının sədri olan Artur Vanetsyan və Daşnaksutyun Partiyasının nümayəndəsi İşxan Saqatelyandır.