İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 480 nəfər ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib.
Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 42 941 nəfərə çatıb.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 421 nəfər koronavirusa yoluxub. Beləliklə İranda COVID-19-a yoluxanların sayı 801 894 nəfərə yüksəlib.