İraqla Səudiyyə Ərəbistanı arasındakı “Arar” sərhəd-keçid məntəqəsi 30 ildən sonra yenidən açılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, açılış mərasimində ölkə rəsmiləri də iştirak edib.
Bununla iki ölkə arasında ticarət əlaqələrinin daha da artacağı gözlənilir.
Qeyd edək ki, sərhəd qapısı 1990-cı ildə İraqın Küveyti işğal etməsindən sonra bağlanıb.