Bir neçə gündür ki, Ermənistanda baş nazir Nikol Paşinyana ağır ittiham və təhqirlər yağdırılır.

Unikal.org  xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş sədri, general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov da Paşinyanı tənqid edənlər sırasındadır.

Generalın oğlu Qarabağdakı ağır məğlubiyyətə görə Paşinyanı ittiham edərək, onu şizofren adlandırıb.

Qeyd edək ki, İqor Xaçaturov ikinci Qarabağ döyüşlərində iştirak edib.