Dünyada COVID-19-a yoluxanları sayı 56 milyonu keçib.

Unikal.org “worldometers”ə istinadən xəbər verir ki, virusa yoluxanların sayı 56 093 790 nəfərə çatıb.

Bildirilib ki, koronavirusdan ölənlərin sayı 1 346 576, xəstəlikdən sağalanların sayı isə 39 090 890 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə ilk üçlükdə ABŞ, Hindistan və Braziliyadır.