ABŞ növbəti dəfə İrana qarşı sanksiyaları genişləndirib.
Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sanksiyalar 9 İran vətəndaşına, habelə 49 təşkilat və müəssisəyə, eyni zamanda İranın bayrağı altında üzən bir gəmiyə tətbiq edilib.