Yerevanda Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarlarının mitinqi keçirilib.

Unikal.org xəbər verir ki, narazı kütlənin günlərdir davam edən aksiyalarına qatılmayan Paşinyan bu dəfə güclü mühafizə altında tərəfdarlarının arasına çıxıb. Qısa nitq söyləyən erməni nazir “lazım olsa, hamını meydana dəvət edəcəyəm” deyib və bununla da öz kiçik tərəfdarı ilə istefasını tələb edən xalqa meydan oxuyub.

Artıq erməni xalqı arasında “satqın” obrazı formalaşdıran Paşinyan “söz verirəm ki, xalqa xəyanət etməyəcəyəm” deyərək acizliyini bir daha nümayiş etdirib.

Paşinyan dərhal cangüdənləri tərəfindən dövrəyə alınaraq hökumət binasına qayıdıb.