Türkiyədə son sutka ərzində 116 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Onun sözlərinə görə, son 24 saatda 4215 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 11 820, virusa yoluxanlar isə 425 628 nəfərə çatıb.
Türkiyədə indiyədək 361 655 pasiyent (son sutkada 2592 nəfər) sağalaraq evə buraxılıb.