Türkiyədə Konstitusiya Məhkəməsi müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) iddiasını rədd edib.
Unikal.org "TRT Haber"ə istinadən xəbər verir ki, CHP Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qanun Hökmündə Qərarnamə (KHK) imzalamaq səlahiyyəti çərçivəsində verdiyi bütün qərarların ləğvi barədə Konstitusiya Məhkəməsinə iddia ilə müraciət edib.
Bu səlahiyyətin hakimiyyətlər bölgüsü prinsipinə zidd olmadığını və prezidentli respublika idarəçilik sisteminə uyğun olduğunu hesab edən Konstitusiya Məhkəməsi iddianı təmin etməyib.