Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akopyanın istefa ərizəsi yazmasının səbəbi məlum olub.

Unikal.org  erməni KİV-ə istinadən xəbər verir ki, Movses Akopyanın istefaya getməsinə səbəb baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyandır.

Məlumata görə, Movses Akopyan “artsax”ın hərbi qərargahında olan Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanla mübahisə edib.

Qeyd olunur ki, Movses Akopyan konflikdən sonra döyüş əməliyyatlarını idarə etməkdən kənarlaşdırılıb və təcili surətdə İrəvana çağırılıb.