Ermənistan mətbuatı yüksək texnologiyalar sənayesi nazirinin də istefasının gözlənildiyini yazıb.

Unikal.org xəbər verir ki, nazir Akop Arşakyanın istefa vermək istəməsinin səbəbi uğursuz PUA istehsalı ilə bağlıdır.

Belə ki, Azərbaycanın hərbi əməliyyatlarda PUA-lardan uğurla istifadə etməsi Ermənistanı çıxılmaz vəziyyətə salıb. Düşmən özü PUA istehsalına başlamaq istəsə də, lazımi keyfiyyətdə dron istehsalına nail ola bilməyib. Müharibə dövründə nazir PUA istehsalı prosesində şəxsən iştirak etmək qərarına gəlib. Lakin nazirin havaya qaldırmağa çalışdığı ilk PUA az sonra yerə çırpılıb.

Bildirilib ki, A.Arşakyan artıq istefa ərizəsi yazıb və məsələ bir neçə günə öz həllini tapacaq.