Ermənistanda müxalif Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Nikol Paşinyanın hakimiyyətdən getməli olduğunu bəyan edib.
Unikal.org xəbər verir ki, partiya sədri bu barədə Rusiyanın "RBK" kanalına müsahibəsi zamanı danışıb.
O qeyd edib ki, Paşinyan peşəkarların sözünü dinləməli və ilk günlərdə qan tökülməsini dayandırmalı idi: "Lakin baş nazir populizmə baş vurdu və məğlubiyyətə səbəb oldu".
"Buna görə də Paşinyan getməlidir", - deyə o əlavə edib.