Moldovanın yeni prezidenti Maya Sandu Rusiya sülhməramlılarının ölkə ərazisindən çıxarılmasını tələb edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Moldova prezidenti bu fikirləri Dnestryanı bölgəsindəki münaqişənin həlli ilə bağlı danışarkən səsləndirib.

Maya Sandu əlavə edib ki, münaqişənin həlli Rusiya qoşunlarının bölgədən çıxmasından keçir.

Qeyd edək ki, 90-cı illərdən postsovet məkanında alovlanan konfliktlərdən biri də Moldovadakı Dnestryanı münaqişəsidir. Həmin illərdə münaqişənin hərbi hissəsi aktiv fazaya keçəndən bəri əraziyə Rusiya sülhməramlıları yerləşdirilib. Lakin bu illər ərzində sülh missiyası yekunlaşmayıb və münaqişə sonlanmayıb. Hazırda regiona tanınmamış "Prednestroviya Respublikası" adlı separatçı qurum nəzarət edir.