Bu günlərdə Qarabağ ərazisində 23 müşahidə məntəqəsi qurmuşuq.
Unikal.org “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
“Bəyanat imzalanandan sonra qısa bir müddət ərzində sülhməramlıları bölgəyə yerləşdirdik. Dünən (noyabrın 20-də - red.) bu proses başa çatdı. Biz Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edirik. Xankəndindən köçənlərin geri qayıtmasını və hərəkətin təhlükəsizliyini təmin edirik. Bizim əsas hədəfimiz qan tökülməsinin qarşısının alınmasıdır. Biz bütün məsələləri, o cümlədən hərbi və hərbi-texniki istiqamətdə əməkdaşlıqları müzakirə edəcəyik”, - Şoyqu bildirib.