Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın 10-11 dekabrda nəzərdə tutulan Avropa İttifaqının Zirvə Toplantısı öncəsi Brüsselə səfər edib.
Unikal.org xəbər verir ki, səfər çərçivəsində İbrahim Kalının Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin xarici siyasət üzrə əsas sözçüsü Maryam Van den Hövel, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin kabinet başçısı Byorn Zeybert və Xarici Əlaqələr Xidmətinin baş katibi Helqa Şmidlə ayrı-ayrı görüşləri olub.
Görüşlərdə Türkiyə-Avropa İttifaqı arasında əlaqələr, Aralıq dənizi, Livan, Suriya və Qarabağ kimi regional məsələlər müzakirə edilib.