Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da daxil olduğu Rusiya idarələrarası nümayəndə heyəti Bakıya gəlib.

Bu barədə Unikal.org “RİA Novosti”yə istinadən xəbər verir.

Lavrovdan əlavə, nümayəndə heyətinə, “Rospotrebnadzor”un  (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) başçısı Anna Popova, Rusiyanın səhiyyə naziri Mixail Muraşko və baş nazirin müavini Aleksey Overçuk da daxildir.