Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, qəza magistral yolun Şamaxı şəhərinin 10 kilometrliyində qeydə alınıb. Belə ki, betonqarışdıran maşının sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb. Hadisə nəticəsində sürücü maşında sıxılaraq qalıb. Qəza bir müddətdir baş verməsinə baxmayaraq FHN-nin xilasedicilərinə rast gəlinmir.