Erməni jurnalist Aqasi Enokyan Paşinyan hakimiyyətinə qarşı şok ittihamlarla çıxış edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, jurnalist "Facebook" səhifəsindəki paylaşımda iqtidarı kəskin tənqid edib. Koronavirus pandemiyası, Ermənistanın milli valyutası olan dramın məzənnəsi, sosial-iqtisadi, ictimai-siyasi problemlərə toxunan A.Enokyan müharibədəki məğlubiyyətə, itkin düşən şəxslər və əlillərə olan münasibətə görə Paşinyanın məsuliyyət daşıdığını bəyan edib.

"Hiss edirsinizmi ki, dövlət sadəcə yoxdur? Dövlət yoxdursa, baş nazir nəyə gərəkdir?", - deyə jurnalist etiraz edib.