Argentina prezidenti Alberto Fernandes əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü əlaqədar olaraq ölkədə üçgünlük matəm elan edib.
Unikal.org xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti bildirib.
"Dieqo Armando Maradonanın ölümü ilə əlaqədar ölkə prezidenti bü gündən üçgünlük matəmi elan edəcək", - bəyanatda deyilir.
Qeyd edək ki, Maradona bu gün 60 yaşda ürək tutmasından ölüb.
Maradona "Arxentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Nyuells Old Boyz" klublarında çıxış edib. O, 91 matçda iştirak edib və Argentina yığmasının heyətində 34 qol vurub. Maradona eləcə də 2008-ci ildən 2010-cu ilə qədər Arqentina milli komandasına başçılıq edib.
Qeyd edək ki, Dieqo Maradona son olaraq Argentinanın "Ximnasiya və Esqrima" klubuna başçılıq edirdi.