Kibercinayətkarlar ən çox Çin, İran, Şimali Koreya və Rusiyadan hücumlar təşkil edirlər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Group-IB beynəlxalq şirkətinin hesabatında deyilir.
“Xüsusi xidmətlərin kiberqarşıdurma xəritəsində ən çox qrup Çində (23), İranda (8), Şimali Koreya və Rusiyada (hər ikisində 4), Hindistanda (3), Pakistan və Qəzza sekorunda (hər ikisində 2) cəmləşib. Antireytinqi hərəsində bir qrup olmaqla Vyetnam, Türkiyə və Cənubi Koreya qapayır”, - sənəddə qeyd olunur.
Analitiklər, həmçinin daha əvvəl bilinməyən yeddi APT qrup (hədəf hücumları həyata keçirirlər) aşkar ediblər. Bunlar Tortoiseshell (İran), Poison Carp (Çin), Higaisa (Cənubi Koreya), AVIVORE (Çin), Nuo Chong Lions (Səudiyyə Ərəbistanı), eləcə də hələlik hansı ölkəyə mənsubluğu müəyyənləşdirilməyən Chimera və WildPressure qruplarıdır. Bundan əlavə, son bir neçə il ərzində diqqət çəkməyən altı qrupdan yeni aktivlik müəyyən edilib.