Ermənistan mətbuatı baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən getməyə hazırlaşdığını yazır.

Unikal.org xəbər verir ki, "Joğovurd" qəzeti də bu barədə material dərc edib. Yaxın günlərdə O.Qasparyanın istefa verəcəyini yazan qəzet hərbi çevrələrdəki etibarlı mənbənin bunu təsdiq etdiyini qeyd edib.

Materialda baş qərargah rəisinin bir neçə dəfə istefa ərizəsi ilə baş nazir Nikol Paşinyana müraciət etdiyi, lakin Paşinyanın bunu qəbul etmədiyi barədə də informasiya yer alıb.