Fransa hökuməti Parisdəki Pantin məscidini bağlayıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məscidin imamı bununla bağlı şikayət etsə də, şikayəti təmin olunmayıb. Fransadakı müsəlmanların böyük etirazlarına səbəb olan bu addıma səbəb kimi imamın sosial şəbəkələrdəki paylaşımları göstərilib.
"Təxribatçı məzmunlu paylaşımlar" adlandırılan hansısa statuslara görə böyük bir icmanın ibadət etdiyi məscidin bağlanması Fransadakı islamafobiyanın hansı həddə çatdığını göstərir.