Nikol Paşinyan aksiyalara çıxan insanlara qarşı ikili standart tətbiq edir.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində müxalif İşıqlı Ermənistan Partiyasını təmsil edən deputat Ani Samsonyan danışıb.
O bildirib ki, istefa tələbi və Qarabağla bağlı üçtərəfli bəyanata etiraz məqsədilə aksiya keçirənlərlə yanaşı, Paşinyanın tərəfdarları da mitinqlər təşkil edir. Lakin müxaliflərə qarşı hərbi vəziyyət, karantin rejimi və s. əsas gətirilərək müxtəlif cərimələr, həbslər və digər cəza tədbirləri görüldüyü halda iqtidar tərəfdarları heç bir məsuliyyətə cəlb olunmur.