Dağlıq Qarabağda vəziyyət sabitləşməkdə davam edir.
Unikal.org xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Marya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. O bildirib ki, həftə ərzində Qarabağda vəziyyət sabitləşməyə doğru davam edib, atəşkəs pozuntuları, həmçinin Rusiya sülhməramlı kontingentinə qarşı təxribatlar qeydə alınmayıb.
Zaxarovanın sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatının icrası ciddi insident olmadan davam edir.
Həmçinin XİN rəsmisi vurğulayıb ki, qeyd edilən müsbət meyillər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin təsdiqlədiyi və hazırda tərəflər tərəfindən praktiki olaraq həyata keçirilən xəttin düzgünlüyünün sübutudur.