Kəlbəcərdə 1993-cü ilə qədər 34 yataq kəşf edilib. Bunlar filiz, qeyri-filiz, termal sular, tikinti materialları yataqlarıdır.\
Unikal.org xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.
Onun sözlərinə görə, Kəlbəcər rayonu ərazisində 8 filiz, 7 mineral termal su yatağı, 19 qeyri-filiz və tikinti matarialları yatağı mövcuddur.
Xidmət rəisi qeyd edib ki, Kəlbəcər rayonu ərazisində hesablanmış 143 ton qızıl, 248 ton gümüş, 57 min ton mis, 266 ton selen, 274 min ton kükürd və s. böyük həcmdə ehtiyat var.