"Xiaomi"nin baş direktoru Lei Jun şirkətin adının necə yarandığını açıqlayıb.
Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, baş direktorun sözlərinə görə, Xiaomi kiçik düyü deməkdir. L.Jun deyib ki, şirkət qurularkən Qızıl Ulduz, Qırmızı Bibər, Qara Düyü kimi, Çin bazarı ilə əlaqəli adlar təklif edilsə də, bəyənilməyib. Bir nəfər düyü mənası verən Me adını təklif edib. İnvrestor Liu Qin isə bir qədər dəyişkiliyə gedərək təklifin əvvəlinə Kiçik mənasını verən ifadə əlavə edib. Beləcə, Xiaomi adı ortaya çıxıb.
L.Jun əlavə edib ki, ad əslində çox da önəmli deyil: "Sadə ad da kifayət ola bilər. Əsas məsələ müasir texnologiya, keyfiyyətli məhsul ortaya qoya bilməkdir. Marka dəyərini yaradan şirkətin adı yox, məhsuludur".