Xətai rayonu, Gəncə prospekti 30 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Unikal.org-un məlumatına görə, Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə 17 ədəd müxtəlif cinsli ağacın olduğu və ağac kəsintisi faktının olmadığı müəyyən edilib.
“Aparılan araşdırma zamanı Xətai rayonu, Gəncə prospekti 30 ünvanında qeyri-yaşayış binasının tikintisi məqsədilə 0,32 hektar torpaq sahəsinin Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Qaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verildiyi məlum olub”.
H.Əlizadənin sözlərinə görə ərazidəki ağacların qorunub mühafizə olunması üçün MMC-yə göstəriş verilib.