Sosial məsuliyyət layihələriylə hər zaman seçilən Rabitəbank bu dəfə də Böyük Qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi və koronavirus infeksiyasının ölkəmizdə çətinliklər yaratdığı bir vaxtda könüllü qan donorluğuna dəstək tədbiri kimi, ölkədə qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası təşkil edib.
Unikal.org xəbər verir ki, qanvermə aksiyası Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının (Mərkəzi Qan Bankı) birgə dəstəyi ilə Rabitəbankın 28 May, 33 ünvanında yerləşən baş ofisində təşkil olunub. Bankın baş ofis əməkdaşları bu nəcib və humanist aksiyada fəal iştirak ediblər. Könüllü donorlar üçün baş ofisdə müvafiq şərait yaradılıb və karantin rejimi qaydalarının gözlənilməsinə diqqət edilib. Aksiya Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının tam nəzarəti altında keçirilib.
Rabitəbankının rəhbərliyi və əməkdaşları bir neçə ildir ki, belə təşəbbüskar aksiyalardada könüllü iştirak edərək, qana ehtiyacı olanlara dəstək göstərirlər. Bəhsikeçən aksiyada toplanan qanlar qan ehtiyacı yaranan xəstələrin müalicəsinə kömək məqsədilə istifadə ediləcək.