“Cənab Prezidentin tapşırığı ilə aidiyyəti qurumlar, o cümlədən İqtisadiyyat Nazirliyi tərəfindən işğaldan azad olunmuş ərazilərin bərpasının sosial-iqtisadi konsepsiyası layihə olaraq hazırlanıb”.
Unikal.org-un məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, layihə müzakirə olunub və aidiyyəti üzrə hökumət tərəfindən təqdim olunacaq.