Ölkənin aparıcı və innovativ banklarından biri Rabitəbank müştərilərinə ənənəvi il sonu kampaniyası təklif edir. Qarşıdan gələn 2021-ci il münasibətilə nağd pul kreditinin illik minimal faizi 15.21%-ə endirilib.
Unikal.org xəbər verir ki, 14 dekabr-13 yanvar tarixləri ərzində davam edəcək bu kampaniya ilə 36 ayadək maksimum 20.000 AZN nağd pul krediti əldə etmək mümkün olacaq. Əldə edilmiş nağd pul kreditinə müddətindən asılı olmayaraq heç bir sığorta haqqı tələb olunmayacaq. Rabitəbank nağd pul krediti götürəcək müştərilərə daha bir xoş sürpriz hazırlayıb: kredit əldə edən hər kəsə Kartmane debet və ya kredit kartı hədiyyə olunacaq. Üstünlüklərlə zəngin Kartmane kartı durmadan artan tərəfdaş şəbəkəsindən 25%-dək keşbek qazandırır. Üstəlik qazanılan keşbekləri Rabita Mobile tətbiqi ilə rahatlıqla izləmək və kart balansına köçürmək mümkündür. Tətbiqi yükləmək üçün bu linkə keçid edə bilərsiniz: https://rbt.az/app
Siz də Rabitəbankın qış fürsətindən faydalanmaq və Kartmaneyə sahib olmaq üçün endirimli nağd pul kreditini onlayn sifariş edə bilərsiniz: https://rbt.az/qisfurseti