Şirkətdən verilən məlumata görə Prezident İlham Əliyevin imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 100.000 manat vəsait köçürülüb.
Unikal.org xəbər verir ki, bundan öncə də bir neçə şəhid ailəsinin kredit borclarının bağlanılması, müxtəlif həcmli yardımların göstərilməsi, silahlı qüvvələrə dəstək fonduna 200.000 manatlıq dəstək kimi məsələlərlə gündəmə gələn Kristal Abşeron Qrup Ali Baş Komandanın imzası ilə yaradılan fonda bütün iş adamlarının dəstək olmağa çağırır.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!