44 günlük Böyük Vətən müharibəsində böyük şüaciət göstərən qəhrəmanlarımızdan biri də leytenant Orxan Nuriyevdir.
Unikal.org-un məlumatına görə, Orxan Nuriyev Rahib oğlu 01.09.1999-cu ildə Salyan rayon Aşağı Noxudlu kəndində dünyaya gəlib. 2005-ci ildə həmin kəndin A. Sadıqov adına tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2016-cı ildə məktəbi bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub.
2020-ci ildə təhsilini başa vuraraq leytenant rütbəsi adını qazanıb. Daha sonra o, Qrad komandiri vəzifəsi üzrə Beyləqanda hərbi fəaliyyətə başlayıb. Orxan Nuriyev Unikal.org-a açıqlamasında bildirir ki, torpaqlarımızın işğal altında olması onu daim narahat edib.
Belə ki, 27 sentyabrdan başlanan Vətən müharibəsinin ilk anlarını belə xatırlayır: “Səhər tezdən döyüş bölgəsinə yola düşdük. Hər birimizin bir amalı vardı. Onları məhv etmək və torpaqlarımızı azad etmək. Şükürlər olsun ki, məqsədimizə çatdıq. 07:30-da taqım şəklində toplandıq. İlk silah atışına 08:00-da başladım. Daha sonra artilleriya birləşmə hissələrinə başçılıq etdim. Biz hər 20 km məsafədən vurduqda düşmənin 300 və ya bəlkə də çox əsgərini məhv edirdik. İndiyə kimi komanda ilə birlikdə 15 texnika və 2 hərbi hissəsini yerlə bir etmişik".
Leytenant Orxan Nuriyev Hadrut, Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa və Qubadlının azad edilməsində misilsiz xidmət göstərib. Göstərdiyi qəhrəmanlığıa görə, “Qarabağ veteranı” adına layiq görülüb. Hazırda Orxan Xocavəndədir. O , bildirir ki, torpaqlarımızın düşməndən təmizlənməsində iştirak etməsi onu və silahdaşlarını çox sevindirir.
"Buranın çox gözəl təbiəti, yüksəklikləri, o cümlədən, təmiz havası var"- deyə, leytenant torpaqlarımızın təbiətindən də bəhs edərək, möhtəşəm mənzərələri bizimlə bölüşüb.
Gülayə Mecid