Hava  Nəqliyyatında  Baş  Gömrük   İdarəsinin   əməkdaşları   külli  miqdarda   narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar. 

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən xəbərə görə, İstanbul-Bakı   aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şahverdiyeva Samirə İlham qızına məxsus çamadan rentgen aparatından keçən zaman monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gizlədilən şirniyyat paketlərindən 13 650 ədəd preqabalin, üç bükümdə 552,9 qram narkotik vasitə-kokain, silindr formalı qutudakı yerfıstığının altından 283 ədəd MDMA (metilendioksimetamfetamin), uşaq yeməyinin içinə yerləşdirilmiş iki bükümdə 971,5 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

 Dövlət  Gömrük  Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları   tərəfindən   narkotik   vasitələrin   çatdırılmalı   olduğu   şəxsləri müəyyən   etmək   üçün   keçirilən   əməliyyat   tədbiri   nəticəsində   cinayətkar   qrupun üzvləri  Şahverdiyeva  Samirə   İlham qızı,  Səfərov  Cəmil  Cəlal   oğlu  və   Salmanov Samir  Kamil  oğlunun qeyd edilən  cinayət  hadisəsini   törətmələrinə  əsaslı   şübhələr olduğundan   şübhəli   şəxs   qismində   tutulub. 

Cinayət Məcəlləsinin  206.3.2,  234.4.1,  234.4.3  və  240.3.2-ci  maddələri   ilə   təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib və Yasamal rayon məhkəməsinin qərarına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib. 

 Xatırladaq ki, metamfetamin və MDMA (metilendioksimetamfetamin) "Azərbaycan Respublikasının   ərazisində   dövriyyəsi   qadağan   edilən   psixotrop   maddələrin   I Siyahısı"na,   „preqabalin“   adlı   dərman   preparatı   isə   Azərbaycan   Respublikasının müvafiq  qanunu   ilə   təsdiq   edilmiş   "Güclü   təsir   edən  maddələrin  və  onların  külli miqdarının Siyahısı"na daxildir. Qeyd edək ki, aşkar edilən „preqabalin“ adlı dərman preparatının   təsiredici   maddəsinin   ümumi   miqdarı   4095   qram,  MDMA (metilendioksimetamfetamin)   təsiredici   maddəsinin   ümumi   miqdarı   isə   51,54 qramdır.