Çingiz Məmmədovun əməlləri Naxçıvanda etirazla qarşılandı
General hərbçilər arasında narazılıq yaratdı
Əldə etdiyimiz məlumata görə, müdafiə nazirinin müavini, general Çingiz Məmmədov bir neçə gün bundan əvvəl təxminən 30 nəfərlik heyətlə Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələri yoxlamağa gedib. Lakin yoxlama prosesi qalıb bir kənarda, komissiya üzvləri "Qələbə" restoranında, Duzdağ sanatoriyasının restoranlarında, habelə Nəqşi-Cahan restoranında məclislərdə olub.
Buna görə də Naxçıvan Muxtar Respublikasında xidmət edənlər isə öz dərdlərini heç kimə açıb deyə bilməyiblər. Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrin zabitləri baş verənlərə yaxşı baxmırlar. Söylənilənlərə görə, Çingiz Məmmədov gələcəkdə Kərəm Mustafayevi özünə nazir görür. Bununla belə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun da qəbuluna düşə bilməyib. Bunu da qeyd edək ki, onun oğlu Elçin Məmmədovun isə MN-də qeyri-rəsmi kadr məsələlərinə baxdığı bildirilir. Son məlumatlara görə, Naxçıvanda olan hərbi komissiya üzvləri "Batabat" restoranında da səhərə qədər istirahət edib. Kərəm Mustafayevin qulluqçularının dediyinə görə, Çingiz Məmmədov üçün 4 qutu "Xan arağı", 2 qutu baldırğan arağı, 2 qutu kəkotu arağı, 20 kiloqram Nehrəm pendiri, 2 kisə Şərur lavaşı, 30 kiloqram Biləvdə hazırlanmış "qavırma", Şahbuzdan isə 5 ədəd əmlik quzu, 2 ədəd "Dübür", 3 ədəd hinuşka hədiyyə edilib. Qeyd edək ki, Naxçıvan qarnizonunun rəhbəri, general-leytenant Kərəm Mustafayevlə də Çingiz Məmmədovun münasibətləri yaxşıdır. Mövzuya qayıdacağıq.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2025-02-22 22:54:30

2025-02-22 22:41:00

2025-02-22 22:12:59

2025-02-22 20:12:31
2025-02-22 19:13:50

2025-02-22 17:02:00

2025-02-22 16:25:00

2025-02-22 15:40:00

2025-02-22 13:52:05

2025-02-22 13:13:20
.jpg)
2025-02-22 12:46:00

2025-02-22 12:32:44

2025-02-22 12:08:27

2025-02-22 12:07:27

2025-02-22 12:05:39

2025-02-22 11:45:00

2025-02-22 11:37:24

2025-02-22 11:25:09

2025-02-22 11:07:08
