Dünyanın 20 və Avropa İttifaqına üzv olan 14 dövlət Böyük Britaniya ilə nəqliyyat əlaqəsini dayandırmaq və ya məhdudlaşdırmaq qərarına gəlib.
Unikal.org xəbər verir ki, buna səbəb ölkədə koronavirusun daha yoluxucu növünün aşkarlanmasıdır.
Britaniya Səhiyyə Nazirliyinin məlumatına görə, Covid-19-un mutasiya olunmuş yeni növü dekabrın ortalarında peyda olub. SARS-CoV-2 adı verilən virus adi koronavirusdan daha sürətli yayılır və Londonda dominant mövqeyə malikdir. Bu virus ilkin variantdan 70 faiz yoluxucu olur.