BMT-nin Baş katibi Antoniu Quterriş ABŞ-nin İrandakı nüvə obyektlərinə zərbələrini “beynəlxalq sülh və təhlükəsizliyə təhdid” adlandırıb.

“Unikal” xəbər verir ki, bu barədə dünya təşkilatının başçısı sosial şəbəkədə paylaşım edib.

“Mən bu gün Amerika Birləşmiş Ştatlarının İrana qarşı güc tətbiq etməsindən ciddi şəkildə narahatam. Bu, onsuz da gərgin olan bir bölgədə təhlükəli bir eskalasiya, beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhdiddir”, – Quterriş qeyd edib.

Onun sözlərinə görə, münaqişənin nəzarətdə çıxmasının riski artır ki, bu da dünya üçün fəlakətli nəticələrə səbəb ola bilər.

Quterriş üzv dövlətləri gərginliyi azaltmağa və beynəlxalq hüquq çərçivəsində öhdəlikləri yerinə yetirməyə çağırıb.

“Bu təhlükəli saatda xaosdan qaçınmaq çox vacibdir.

Hərbi həll yolu yoxdur.

Yeganə yol diplomatiyadır.

Yeganə ümid sülhdür”, – dünya təşkilatının lideri vurğulayıb.