Birləşmiş Ştatlar İranla müharibə etmir, lakin onun nüvə proqramı ilə qarşı-qarşıyadır.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens "NBC News" efirində deyib. 

Aparıcı Kristen Uelkerin ABŞ-nin hazırda İranla müharibə vəziyyətində olub-olmaması ilə bağlı sualını cavablandıran Vens vurğulayıb: "Biz İranla müharibə aparmırıq. Biz İranın nüvə proqramı ilə müharibə edirik".

O, həmçinin İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini tam əminliklə təsdiqləməkdən imtina edib və qeyd edib ki, onun fikrincə, ABŞ-nin hərəkətləri Tehranın nüvə silahı yaratmaq qabiliyyətini “əhəmiyyətli dərəcədə ləngitdi”.