ABŞ-nin hücumlarından sonra İranın İsrailə endirdiyi iki raket zərbəsi nəticəsində azı 86 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Xatırladaq ki, İsrail iyunun 13-də gecə İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. İranın cavab hücumu gecikməyib. Növbəti günlərdə İsrail və İran yenidən bir-birinə zərbələr endirib. Hər iki tərəf bu hücumlar nəticəsində ölən və xəsarət alanların olduğunu bildirib.
XXX
09:53
İrandan İsrailə 27 ədəd ballistik raket atılıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Raketlərin hədəfi Hayfa şəhəri və İsrailin mərkəzi rayonları olub.
Ölkə üzrə 10 yerə raket və qalıqlarının düşdüyü barədə xəbər daxil olub. 1 nəfə orta ağır olmaqla, 11 nəfər xəsarət alıb.
XXX
09:11
İsrail İrandan ballistik raketlərin atılması qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Bu, ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından sonra İrandan İsrailə ilk hücumdur.
Raket hücumu ilə əlaqədar İsrailin mərkəzi və şimalında həyəcan siqnalı verilib. Əhali növbəti xəbərdarlığa qədər sığınacaqlarda qalmalıdır.
İran mediası da İsrailə yeni raket hücumu başladığı barədə xəbər yayıb.