Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Sea Breeze-də yerləşən restoranlardan birində baş tutub.
"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.
Qeyd edək ki, toy mərasimi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edilməyib.