Nikol Paşinyanın Sisiandakı kilsə ziyarəti zamanı onun əlini sıxmaqdan imtina edən keşiş Parqev Zeynalyan baş nazirin tərəfdarlarının təzyiqlərinə məruz qalıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Nikol Paşinyanın tərəfdarları hadisədən sonra kilsəyə gələrək keşişlə mübahisə etməyə başlayıblar. Onlar keşişi baş nazirə hörmətsizlik etməkdə günahlandırıblar. Keşiş onlara niyyətinin başqa olduğunu bildirib.
"Mən Paşinyanın kilsəyə girişini yasaqlamamışam. Baş nazir kilsəyə girəndə mən onu görməmişəm. Həmin vaxt öz otağımda idim. Sonra isə ona sadəcə Allah qarşısında cavab verəcəyini xatırlatdım", - deyə keşiş əlavə edib.
Qeyd edək ki, Ermənistanın ombudsmanı Arman Tatoyan Paşinyan tərəfdarlarının keşişə təzyiq göstərməsini pisləyib.