Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə çimərlik yolunda baş verib. Belə ki, idarəetmədən çıxan "Ford" markalı avtomobil yol kənarındakı işıq dirəyinə çırpılaraq onu aşırıb. Yol qəzası zamanı xəsarət alan Yevlax sakinləri 1978-ci il təvəllüdlü Səfər Tahirov və 1989-cu il təvəllüdlü Taleh Eyvazov xəstəxanaya aparılıb.
Faktla bsğlı araşdırma aparılır.
Ehtiram Muradov