“Əhalinin sosial rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin əsas hissələrindən biridir. Sosial siyasət hökumətin siyasətinin ana xəttini təşkil edir”.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, 2020-ci ildə saxta əlillik təyinatının qarşısının alınması ilə dövlət büdcəsindən transfertin həcmi 250 milyon manat azaldılıb.