Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Unikal.org xəbər verir ki, dekabrın 23-də qızılın qiyməti dekabrın 22-i ilə müqayisədə 24,8965 manat (0,78 faiz) azalaraq 1 unsiya üçün 3 173,424 manat təşkil edib.

Gümüş 1,7517 manat (3,9 faiz) ucuzlaşaraq 1 unsiya üçün 43,1208 manata bərabər olub.

Platinin qiyməti 6,6555 manat (0,39 faiz) artaraq 1 716,218 manat, palladiumun qiyməti 17,493 manat (0,44 faiz) azalaraq 3 948,386 manat təşkil edib.

Bir ay ərzində bir unsiya qızıl 10,404 manat (0,3 faiz) ucuzlaşıb, gümüş 1,8975 manat (4,6 faiz) bahalaşıb, platin 99,1865 manat (6,1 faiz) bahalaşıb, palladium 34,2125 manat (0,9 faiz) ucuzlaşıb.

Bir il ərzində isə bir unsiya qızıl 659,005 manat (26,2 faiz) bahalaşıb, gümüş 14,1221 manat (48,7 faiz) bahalaşıb, platin 125,681 manat (7,9 faiz) bahalaşıb, palladium 642,651 manat (19,4 faiz) bahalaşıb.(trend)