Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Qubadlı və Zəngilan rayonlarına səfər ediblər.

Unikal.org xəbər verir ki, səfər zamanı Ali Baş Komandan işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızı ucaldıb.

Qeyd edək ki, səfərdən videogörüntüləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün İnstaqram səhifəsində paylaşıb.