Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə regional deyil, həm də qlobal kontekstdə ən vacib hadisələrdəndir.

Unikal.org  xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

XİN rəsmisi bildirib ki, münaqişənin həlli ən vacib nailiyyətlərdən biridir: "Burada Rusiyanın rolu aşkardır. Azərbaycan, Rusiya və Ermənistanın üçtərəfli bəyanatının arxasında nəhəng iş dayanır və sənədin reallaşması bu işlə bağlıdır. Bundan sonra da qarşıda kompleks işlər dayanır. Sülh olanda, çox şeyə nail olmaq olar".